Sumqayıt maşın bazarında yanğın baş verib

Sumqayıt maşın bazarında yanğın baş verib Yanğın avtomobil ehtiyat hissələri satılan mağazaları əhatə edib
Hadisə
13 Fevral , 2015 02:57
Sumqayıt maşın bazarında yanğın baş verib

Bakı. 13 fevral. REPORT.AZ/ Sumqayıt maşın bazarında yanğın baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı-Quba yolunun 32-ci km-də yerləşən ümumi sahəsi 1600 kv.m olan Sumqayıt maşın bazarının ərazisində biri-birinə bitişik tikilmiş avtomobil ehtiyat hissələri satılan mağazaların yanar konstruksiyaları, içərisində olan avtomobil ehtiyyat hissələri və dam örtüyü 350 kv.m sahədə yanıb.

Ərazidə olan tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi