Sumqayıt-Bakı qatarı 20 yaşlı qızı vurub

Sumqayıt-Bakı qatarı 20 yaşlı qızı vurub Onun vəziyyəti orta-ağırdır
Hadisə
30 İyun , 2017 10:48
Sumqayıt-Bakı qatarı 20 yaşlı qızı vurub

Bakı. 30 iyun. REPORT.AZ/ Sumqayıt-Bakı qatarı 20 yaşlı qızı vurub.

Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın "Report"a verdiyi məlumata görə, hadisə bu gün Biləcəri-Xırdalan mənzilində körpünün üstündə baş verib.

O qeyd edib ki, həmin ərazidə Sumqayıtdan Bakıya gələn qatar 20 yaşlı qızı vurub. 

S.Qədirova bildirib ki, hadisə vətəndaşın diqqətsizliyi səbəbindən baş verib: "Dəmiryolu xəttinin qorunmayan hissəsindən keçən 20 yaşlı qızın qulağında qulaqcıq olduğundan maşinistin dəfələrlə siqnal verməsini eşitməyib. Maşinist qatarı saxlasa da, yüngülvarı qıza toxunub. Zərərçəkən dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağırdır".

Son xəbərlər

Orphus sistemi