Yuxarı

Sumqayıtda silah-sursat tapılıb

Hazırda polislər silah sursatın əraziyə kim tərəfindən atılmasını araşdırır

Bakı. 3 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində xeyli sayda silah-sursat aşkar edilib. Daxili İşlər Nazirliyindən Report-a bildirilib ki, silah-sursat Stansiya Sumqayıt qəsəbəsinin ərazisində aşkarlanıb.

Daxil olan məlumat əsasında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən qəsəbə ərazisinə baxış keçirib. Burada “AKM” markalı silah, 1 ədəd “F-1” əl qumbarası və 1 ədəd mərmi tapılıb. Hazırda polislər silah sursatın əraziyə kim tərəfindən atıldığını araşdırır.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi