Yuxarı

Sumqayıt şəhərində qadın intihara cəhd edib

O, hadisə şahidləri tərəfindən xilas edilib

Bakı. 19 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində intihara cəhd hadisəsi olub. “Report”un Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, hadisə şəhərin dənizkənarı hissəsində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini Nazilə Quliyeva intihar məqsədi ilə özünü dənizə atıb. O, hadisə şahidləri tərəfindən xilas edilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi