Sulutəpədə gənci avtomobil vurub

Sulutəpədə gənci avtomobil vurub Bakıda 28 yaşlı gənci avtomobil vurub.
Hadisə
18 Yanvar , 2022 02:17
Sulutəpədə gənci avtomobil vurub

Bakıda 28 yaşlı gənci avtomobil vurub.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Paşayev Əli Şölət oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol diz oynağının əzilməsi diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi