Sulutəpədə əl qumbarası tapılıb

Sulutəpədə əl qumbarası tapılıb Bakı. 11 may. REPORT.AZ/ Bu gün saat 06:31-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində əl qumbarasının və patronların tapılması barədə məlumat daxil olub.
Hadisə
11 May , 2018 11:05
Sulutəpədə əl qumbarası tapılıb
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ Bu gün saat 06:31-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində əl qumbarasının və patronların tapılması barədə məlumat daxil olub.

Agentlikdən “Report”a bildirilib ki, məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Binəqədi rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Binəqədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə qəsəbənin məişət tullantıları ərazisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 24 ədəd partlamamış hərbi sursat (23 ədəd müxtəlif növ patron, 1 ədəd F-1 əl qumbarası) və 17 ədəd boş patron aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş partlamamış hərbi sursat ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Son xəbərlər

Orphus sistemi