STB-1 barjasında Dayaq Blokunun yerdəyişməsi zamanı barja yanalma körpüsünə toxunub

STB-1 barjasında Dayaq Blokunun yerdəyişməsi zamanı barja yanalma körpüsünə toxunub Aprelin 9-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun dəniz sahəsində STB-1 barjasında Dayaq Blokunun yerdəyişməsi zamanı yedək gəmilərdən buraz qoymuş və nəticədə barja yanalma körpüsünə toxunmuşdur.
Hadisə
10 Aprel , 2022 18:05
STB-1 barjasında Dayaq Blokunun yerdəyişməsi zamanı barja yanalma körpüsünə toxunub

Aprelin 9-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun dəniz sahəsində STB-1 barjasında Dayaq Blokunun yerdəyişməsi zamanı yedək gəmilərdən buraz qoymuş və nəticədə barja yanalma körpüsünə toxunub.

"BOS Shelf"dən "Report"a verilən məlumata görə, əməliyyat dərhal dayandırılaraq dayaq bloku limana bərkidilmiş və digər zəruri tədbirlər həyata keçirilib.

Baş vermiş hadisə nəticəsində xəsarət alan yoxdur.

Dayaq blokunun yerdəyişmə işləri bərpa olunaraq aprelin 10-da gün ərzində adi qaydada icra olunur.

Son xəbərlər

Orphus sistemi