Keşlə stansiyasından rels oğurlamağa çalışan keçmiş məhkumlar saxlanılıblar

Keşlə stansiyasından rels oğurlamağa çalışan keçmiş məhkumlar saxlanılıblar Bakıda dəmiryolu stansiyasından 10 ədəd relsi oğurlamağa cəhd göstərən keçmiş məhkumlar saxlanılıb.
Hadisə
8 Aprel , 2019 12:11
Keşlə stansiyasından rels oğurlamağa çalışan keçmiş məhkumlar saxlanılıblar
0 : 00
0 : 00

Bakıda dəmiryolu stansiyasından 10 ədəd relsi oğurlamağa cəhd göstərən keçmiş məhkumlar saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, polis əməkdaşlarının sayıqlığı sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar. 

Belə ki, aprelin 7-də saat 1 radələrində Keşlə dəmiryolu stansiyasının ərazisindən 10 ədəd relsi oğurlamağa cəhd göstərən 3 nəfər Nizami rayon Polis İdarəsinin post patrul xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Keşlə xətt polis bölməsinə təhvil veriliblər.

Araşdırmalarla onların əvvəllər məhkum olunmuşlar - Şamaxı rayon sakini M.Xəlilov, Sumqayıt şəhər sakini İ.Ağayev və Bakı şəhər sakini S.Xanıyev olduqları müəyyən edilib.

Araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi