“Standard Insurance” ASC-nin 20-dən artıq sığorta agenti istintaqa cəlb olunub - ƏLAVƏ OLUNUB

“Standard Insurance” ASC-nin 20-dən artıq sığorta agenti istintaqa cəlb olunub - ƏLAVƏ OLUNUB ASC: “Araşdırmalar tək “Standard İnsurance” deyil, bütün agentlərlə aparılır”
Hadisə
5 Oktyabr , 2015 15:48
“Standard Insurance” ASC-nin 20-dən artıq sığorta agenti istintaqa cəlb olunub - ƏLAVƏ OLUNUB

ASC: “Araşdırmalar tək “Standard İnsurance” deyil, bütün agentlərlə aparılır”

Bakı. 5 oktyabr. REPORT.AZ/ ASC-dən “Report”a bildirilib ki, hazırda “Standard İnsurance” sığorta şirkətinin Vergilər Nazirliyi ilə heç bir problemi yoxdur: “Yazıda qeyd olunan araşdırmalar tək “Standard İnsurance” deyil, bütün agentlərlə aparılır. Və bu da agentlərin vergiyə cəlb olunmasının sadələşmiş vergi hesablanmasında son zamanlar geniş müzakirələrə səbəb olan problemdir.

Ümumiyyətlə, Azərbaycanda sığorta agenti institutu kifayət qədər gəncdir və qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, agentlər müstəqildirlər və heç bir sığorta şirkətinə bağlılıqları yoxdur. Onlar müvafiq qaydada lisenziyalaşdırılıb öz sahibkarlıq fəaliyyətlərini həyata keçirirlər. Bununla da agentləri sığorta şirkətinin adı ilə bağlamaq düzgün deyil”.

***

Bakı. 5 oktyabr. REPORT.AZ/ “Standard Insurance” ASC-nin 20-dən artıq sığorta agenti istintaqa cəlb olunub.

“Report”un əldə etdiyi məlumata görə, sığorta agentləri Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentində dindirilir.

Belə ki, vergi qurumları “Standard Insurance” ASC-nin sığortaladığı bir sıra obyektlərin sığortaya cəlbedilmə formasından şübhələnib. “Standard Insurance” iddia edir ki, həmin qurumlar sığortaya guya sığorta agentləri tərəfindən cəlb olunub. Lakin əslində sığorta agentləri tərəfindən cəlb edildiyi deyilən bır sıra şirkətlərin ASC-nin özü tərəfindən sığortaya cəlb olunması barədə şübhələr var.

Qeyd edək ki, sığorta şirkəti müştərini özü cəlb edərsə, daha çox vergi ödəyir. Müştərini sığorta agenti gətirəcəyi halda isə təxminən 5 dəfə az vergi ödənilir.

Xatırladaq ki, “Standard Insurance” ASC sığorta şirkəti “AB Standard” Şirkətlər Qrupunun üzvüdür.

“Standard Insurance” Sığorta Şirkəti 2002-ci ilin fevral ayında məhdud məsuliyyətli cəmiyyət hüquqi statusu ilə təsis edilib.

“Standard Insurance” ASC-nin Direktorlar Şurasının üzvü sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin oğlu Emin Babayevdir.

Son xəbərlər

Orphus sistemi