Bakı. 18 yanvar. REPORT.AZ/
Komitədən “Report”a verilən məlumata görə, baxışdan əvvəl vətəndaş ona məxsus avtomobildə gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirsə də, gömrük yoxlaması zamanı avtomobilin yük yerində - ehtiyat təkər olan hissədə 20 ədəd 1 litrlik "Nemiroff Delicat" adlı spirtli içki, 5 200 ədəd "Gold Marlboro Edge" və 800 ədəd "Parliament Super Slims" markalı siqaretlər aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
