Söyüş cinayətə səbəb oldu

Söyüş cinayətə səbəb oldu Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Xansuvar Abbasovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Hadisə
27 Fevral , 2020 10:31
Söyüş cinayətə səbəb oldu
stock.adobe.com

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Xansuvar Abbasovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

“Report”un xəbərinə görə, hakim Samir Əliyevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası martın 4-nə təyin edilib.

Qeyd edək ki, Xansuvar Abbasov tanışı, Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Firodvsi Gülmalıyevi bıçaqlayıb.

Hadisənin şəxsi münasibətlər zəminində yaranan mübahisə nəticəsində baş verdiyi, mübahisəyə isə söyüşün səbəb olduğu bildirilir.

Xansuvar Abbasova Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi