Yuxarı

Soyğunçuluğa görə tutulan şəxslərin Türkiyə vətəndaşına qarşı da quldurluq etdikləri müəyyənləşdirilib

Onlar Türkiyə vətəndaşının 420 manat və 4300 ABŞ dollar pulunu, habelə mobil telefonunu quldurluq yolu ilə alıblar

Bakı. 9 iyun. REPORT.AZ/ Bakıda soyğunçuluq etdiklərinə görə, tutulan şəxslərin Türkiyə vətəndaşına qarşı da quldurluq etdikləri müəyyənləşdirilib.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. 

Xəbərə görə, soyğunçuluq etdiklərinə görə, aprelin 20-də tutulan Firdovsi Əliyevin və Qalib Nəbiyevin ətrafında Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların ötən il noyabrın 27-də Türkiyə vətəndaşı Çalışkan Osmanın 420 manat və 4300 ABŞ dollarını pulunu, habelə mobil telefonunu quldurluq yolu ilə almaları da müəyyən edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi