Soyğunçuluğa görə saxlanılan şəxsdə heroin aşkarlandı

Soyğunçuluğa görə saxlanılan şəxsdə heroin aşkarlandı Lənkəranda soyğunçuluq hadisəsi baş verib
Hadisə
20 Fevral , 2021 12:42
Soyğunçuluğa görə saxlanılan şəxsdə heroin aşkarlandı

Lənkəranda soyğunçuluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbiri nəticəsində fevralın 18-də T.Məlikova zor tətbiq edərək çantasından 600 manat dəyərində lotereyanı soyğunçuluq yolu ilə aparmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Ağayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi