"Sovetski"də baş vermiş güclü yanğın tam söndürülüb: 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB-3 - FOTO

"Sovetski"də baş vermiş güclü yanğın tam söndürülüb: 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB-3 - FOTO Yaşayış binasında üç mənzil tamamilə yanıb
Hadisə
27 Yanvar , 2017 19:36
Sovetskidə baş vermiş güclü yanğın tam söndürülüb: 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB-3 - FOTO

Bakı. 27 yanvar. REPORT.AZ/ Bakının "Sovetski" kimi tanınan ərazisində üçmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində üç mənzil tamamilə yanıb. 

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğınsöndürənlər alovun digər mənzillərə keçməsinin qarşısı alınıb. 

Hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb. 

*** 19:05

Bakının "Sovetski" kimi tanınan ərazisində güclü yanğın tam söndürülüb. 

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, nəticədə 1969-cu il təvəllüdlü Liya Mixailovna Xazitova mənzilində yanaraq dünyasını dəyişib. 1935-ci il təvəllüdlü Raisa Abıtalıbova Vahidovna isə yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Eyni zamanda, hadisədə köməksiz vəziyyətdə qalmış iki nəfər - Leyla Cəfərova və Alim İsmayılov da xilas edilərək xəstəxanaya çatdırılıb. 

*** 18:38

Bakının "Sovetski" kimi tanınan ərazisində yanğın nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə yanıq xəsarəti alıb. 

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın Yasamal rayonu, Həzi Aslanov küçəsi 1/17 ünvanında yerləşən 5 ailənin yaşadığı üçmərtəbəli yaşayış binasında baş verib.

Nəticədə 1969-cu il təvəllüdlü Liya Mixailovna Xazitova mənzilində yanaraq dünyasını dəyişib. 1935-ci il təvəllüdlü Raisa Abıtalıbova Vahidovna isə yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hazırda binanın sakinləri təxliyyə olunur. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 16 yanğınsöndürən maşını cəlb olunub. 

Hadisə ilə bağlı qərargah yaradılıb.

Bundan başqa, yanğın baş verən binanın ikinci mərtəbəsində bir qadın, üçüncü mərtəbəsində isə bir kişi köməksiz vəziyyətdə qalıb. Onları xilas etmək üçün hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Eyni zamanda, hadisə yerinə 3 təcili tibbi yardım maşını gəlib. 

*** 17:54

Bakıda "Sovetski" kimi tanınan ərazidə bir neçə ev yanır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən "Report"a bildiriblər ki, yanğın Akademik Milli Dram teatrın arxasında yerləşən binada baş verib. Hava şəraiti ilə əlaqədar alov qonşu mənzillərə keçməyə başlayıb.

Əraziyə FHN-in 10 yanğın söndürən maşını və onlarla canlı qüvvəsi cəlb edilib. Alovun qarşısının alınması istiqamətində iş aparılır.

FOTO: ELŞƏN BABA

Son xəbərlər

Orphus sistemi