Bakı. 2 sentyabr.
REPORT.AZ/ Bu gün səhər saatlarında Bakının Yasamal rayonun Nəriman Nərimanov prospektində "Sovetski" kimi tanınan ərazidə vətəndaşa məxsus fərdi yaşayış evində yanğın olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) Report-a verilən məlumata görə, hadisə zamanı ümumi sahəsi 115 kv.m olan ikimərtəbəli 7 otaqlı ev və ona bitişik ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Əraziyə yanğınsöndürənlər çağrılıb.
Qeyd edək ki, yanğın baş verən ev plana düşən və sökülməsi nəzərdə tutulan əraziyə daxildir.