"Sovetski"də iki ev yanıb

"Sovetski"də iki ev yanıb Plana düşən 10 otaqlı ev yanaraq külə dönüb
Hadisə
2 Sentyabr , 2014 09:57
Sovetskidə iki ev yanıb
Bakı. 2 sentyabr.REPORT.AZ/ Bu gün səhər saatlarında Bakının Yasamal rayonun Nəriman Nərimanov prospektində "Sovetski" kimi tanınan ərazidə vətəndaşa məxsus fərdi yaşayış evində yanğın olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) Report-a verilən məlumata görə, hadisə zamanı ümumi sahəsi 115 kv.m olan ikimərtəbəli 7 otaqlı ev və ona bitişik ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Əraziyə yanğınsöndürənlər çağrılıb.

Qeyd edək ki, yanğın baş verən ev plana düşən və sökülməsi nəzərdə tutulan əraziyə daxildir.

Son xəbərlər

Orphus sistemi