Sosial şəbəkələrdə narkotik satan şəxsə hökm oxunub
- 15 dekabr, 2021
- 13:22
Bakı Ağır Cinayətlər Məhkəməsində sosial şəbəkələrdə narkotik vasitə və psixotrop maddələrin onlayn yolla satışı ilə məşğul olmaqda təqsirləndirilən İlqar Babayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report" xəbər verir ki, hakim Samir Əliyevin sdərliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.
Hökmə əsasən, İ.Babayev 9 il mddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İ.Babayev Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Onun üzərindən “Ekstazi” həbi, “Kokain” və 1 ədəd elektron tərəzi aşkar edilib.
Araşdırma zamanı onun sosial şəbəkələrdə müxtəlif profillər açaraq əsasən, gənclər arasında narkotik vasitələrin və psixotrop tərkibli həblərin onlayn yolla satışını təşkil etdiyi məlum olub.
Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü ( Qanunsuz olaraq narkotik vasitələri satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.