Son iki gündə yol qəzalarında 7 nəfər ölüb, 11 nəfər xəsarət alıb

Son iki gündə yol qəzalarında 7 nəfər ölüb, 11 nəfər xəsarət alıb Bakı. 8 oktyabr. REPORT.AZ/ Son iki gündə daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Hadisə
8 Oktyabr , 2018 10:04
Son iki gündə yol qəzalarında 7 nəfər ölüb, 11 nəfər xəsarət alıb
Report
0 : 00
0 : 00

Bakı. 8 oktyabr. REPORT.AZ/ Son iki gündə daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, oktyabrın 6-dan 8-dək ölkədə 192 cinayət faktı qeydə alınıb, onların da 35-i “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 13 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 11 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi