Son 9 saatda​ Egey dənizində 40 zəlzələ olub

Son 9 saatda​ Egey dənizində 40 zəlzələ olub Zəlzələlərdən ən böyüyü 5.1 bal gücündə olub
Hadisə
6 Dekabr , 2014 16:53
Son 9 saatda​ Egey dənizində 40 zəlzələ olub

Bakı. 6 dekabr. REPORT.AZ/ Son 9 saatda Egey dənizində əksəriyyəti Midilli adası ətrafında olan üçünün böyüklüyü Rixter cədvəli üzrə 4 bal gücündə olan 40 zəlzələ meydana gəlib. "Report"un "Anadolu" agentliyinə istinadən məlumatına görə, bu gün yerli vaxtla saat 10:36-da 4,1 bal gücündə zəlzələ olub. Yeraltı təkanın episentri yerin 7,83 kilometr dərinliyində qeydə alınıb.

Məlumata görə, saat 03:45-də 5.1, saat 08:29-da 4,9 bal gücündə baş verən zəlzələlərlə yanaşı, son 9 saatda Midilli adasının cənubunda 4 bal gücündə daha 3 yeraltı təkan baş verib.

Bundan əlavə, son 9 saatda Egey dənizində əksəriyyəti Midilli adası civarında olmaqla daha 34 zəlzələ qeyd alınıb.

Son xəbərlər

Orphus sistemi