Nazir müavini: "Son 5 ildə Azərbaycanda intihar edənlərin sayı 3000 nəfərə çatıb"

Nazir müavini: "Son 5 ildə Azərbaycanda intihar edənlərin sayı 3000 nəfərə çatıb" Son 5 ildə Azərbaycanda intihar edənlərin sayı, təxminən, 3000 nəfərə çatıb.
Hadisə
26 Noyabr , 2019 12:08
Nazir müavini: Son 5 ildə Azərbaycanda intihar edənlərin sayı 3000 nəfərə çatıb
Anar Kərimov / Report / Elchin Murad

"Son 5 ildə Azərbaycanda intihar edənlərin sayı, təxminən, 3000 nəfərə çatıb".

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının intiharların qarşısının alınması ilə bağlı ilk dəfə hazırlanacaq Milli Fəaliyyət Planı layihəsi ilə bağlı keçirdiyi "dəyirmi masa"da Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

O bildirib ki, 3000 çox yüksək rəqəmdir: "İntihar edənlərin 2/3 hissəsi kişilər, 1/3 hissəsi isə qadınlardır. Təəssüflə qeyd etmək lazımdır ki, intihar edənlərin 173 nəfəri uşaq və yeniyetmədir".

Son xəbərlər

Orphus sistemi