Bu ilin I rübündə ölkədə narkotikə görə 2 050 cinayət faktı aşkarlanıb

Bu ilin I rübündə ölkədə narkotikə görə 2 050 cinayət faktı aşkarlanıb 13-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 26-sı isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub
Hadisə
16 May , 2021 17:02
Bu ilin I rübündə ölkədə narkotikə görə 2 050 cinayət faktı aşkarlanıb

2021-ci ilin I rübü ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2050 cinayət faktı aşkarlanıb.

Bu barədə "Report"a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, onlardan 747-si narkotik vasitələrin qanunsuz satışı, 1264-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 13-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 26-sı isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanan faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunan 1 ton 287 kq 819,817 qr narkotik vasitələrin və psixotrop maddələrin 656 kq 378,952 qramını heroin, 326 kq 541,49 qramını marixuana, 147 kq 157,972 qramını tiryək, 25 kq 734,08 qramını həşiş, 89,679 qramını kokain, 29 kq 418,755 qramını metamfetamin və 637,84 qramını digər narkotik vasitələr, 101 kq 861,049 qramını psixotrop maddələr təşkil edib.

Həmçinin göstərilən dövr ərzində 5 kq 881,85 qr güclü təsir edən maddələr, 4,05 qr zəhərli maddələr qanunsuz dövriyyədən götürülüb.

Son xəbərlər

Orphus sistemi