Soçidən Bakıya gələn avtobus əlverişsiz hava şəraitinə görə yolda qalıb

Soçidən Bakıya gələn avtobus əlverişsiz hava şəraitinə görə yolda qalıb Sərnişinlər arasında iki uşaq var
Hadisə
1 Fevral , 2017 10:37
Soçidən Bakıya gələn avtobus əlverişsiz hava şəraitinə görə yolda qalıb

Bakı. 1 fevral. REPORT.AZ/ Soçidən Bakıya gələn və içərisində 20 sərnişinin olduğu "Mercedes" markalı avtobus Stavropol diyarında məcburi dayanmalı olub.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-in Stavropol diyarı üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat veriblər.

Məcburi dayanma təxminən səhər saat 3 radələrində Starodubskoye kəndi ərazisində, "Qoçubəy - Zelenokumsk - Mineralnıye Vodı" avtomobil yolunun 249-cu km-də baş verib. Məlumata görə, dayanmanın səbəbi yanacağın donması olub.

Bütün sərnişinləri Starodubskoye kəndində uşaq bağçasına yerləşdiriblər, isti yeməklə təmin ediblər və istirahət üçün yer ayırıblar. Qeyd edək ki, sərnişinlər arasında iki uşaq var.

Son xəbərlər

Orphus sistemi