“SOCAR Polymer”in polipropilen və polietilen zavodlarında ildə 300 min ton məhsul istehsal ediləcək

“SOCAR Polymer”in polipropilen və polietilen zavodlarında ildə 300 min ton məhsul istehsal ediləcək Bakı. 20 sentyabr. REPORT.AZ/ “SOCAR Polymer”in polipropilen və polietilen zavodlarında ildə 300 min ton məhsul istehsal ediləcək.
Hadisə
20 Sentyabr , 2018 07:35
“SOCAR Polymer”in polipropilen və polietilen zavodlarında ildə 300 min ton məhsul istehsal ediləcək

Bakı. 20 sentyabr. REPORT.AZ/ “SOCAR Polymer”in polipropilen və polietilen zavodlarında ildə 300 min ton məhsul istehsal ediləcək.

“Report” xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayevin Neftçilər günü ilə bağlı "Xalq qəzeti" nəşrində dərc olunan məqaləsində bildirilir.

"SOCAR emal və kimya sahəsində həyata keçirdiyi layihələrin əsas hissəsini bu il tamamlamaqdadır. “SOCAR Polymer” buna əyani misaldır. Layihənin ilk müəssisəsi olan Polipropilen zavodu cari ilin iyulunda istismara buraxıldı. İllik istehsal gücü 180 min ton olan bu zavodun istifadəyə verilməsi ilə ölkəmizin ixrac potensialının önəmli dərəcədə artacağı nəzərdə tutulur. Hazırda aşağısıxlıqlı polietileni ixrac, yüksəksıxlıqlı polietileni isə idxal edirik. Layihənin əsas məqsədi idxalın aradan qaldırılmasına yönəlmişdir. Cari ilin sonunda Polietilen zavodunun da istifadəyə verilməsini planlaşdırırıq ki, bundan sonra “SOCAR Polymer”in iki zavodunda 19 növ polipropilen və 12 növ yüksəksıxlıqlı polietilen olmaqla hər il 300 min ton məhsul istehsal ediləcəkdir. Həmin məhsulun 70 faizinin xarici bazarlara ixrac edilməsi nəzərdə tutulur ki, bu da ölkənin qeyrineft ixracı potensialının böyük həcmdə yüksəlməsinə xidmət edir", - deyə SOCAR prezidenti bildirib.

Son xəbərlər

Orphus sistemi