Yuxarı
    Bağlamaq

    SOCAR: Neft quyularında yanğın tamamilə söndürülüb

    Bununla ekoloji fəlakətin qarşısı alınıb

    Bakı. 17 dekabr. REPORT.AZ/ "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündəki qəza nəticəsində yanan neft quyularında yanğın tamamilə söndürülüb.

    Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib.

    O qeyd edib ki, bununla dənizə neft dağılmalarına görə yarana biləcək ekoloji fəlakətin qarşısı tamamilə alınıb.

    N.Quliyevin sözlərinə görə, platformadakı yanan qaz quyularında isə yanğın söndürülmək üzrədir.

    "Biz yanğını ən qısa zamanda söndürməyə çalışırıq. Yanğın söndürüldükdən sonra platformada rekonstruksiya işləri aparılacaq. Bundan sonra quyular yenidən istismara veriləcək" - o, əlavə edib.

    Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi