SOCAR-ın avtomobili yol-nəqliyyat hadisəsi törədib

SOCAR-ın avtomobili yol-nəqliyyat hadisəsi törədib Sürücü hadisə yerində keçinib
Hadisə
21 Sentyabr , 2015 11:24
SOCAR-ın avtomobili yol-nəqliyyat hadisəsi törədib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Təhlükəsizlik İdarəsinin neft kəmərlərini mühafizə edən 35 saylı komandasında posta təhkim olunmuş 90-AR-644 dövlət nömrə nişanlı “Mitsubishi” markalı nəqliyyat vasitəsi bu gün saat 07:00 radələrində Böyükşor-Sumqayıt kəmərinin 10-cu kilometrində xəttin 70 metrliyində idarəetməni itirərək, arxadan qarşıdakı avtomobilin qoşqusuna çırpılıb.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, qəza nəticəsində sürücü Mətləb Abdulla oğlu Məlikli hadisə yerində keçinib, atıcılar Sakit Babat oğlu Sadıqov və Rəşad Fazil oğlu Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Hadisə ilə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi