Siyəzənin kəndlərində baş verən yanğınlar söndürülüb

Siyəzənin kəndlərində baş verən yanğınlar söndürülüb Siyəzən rayonunun Məşrif, Sədan, Balaca Həmyə və Qalaaltı kəndlərinin yaxınlığında (ərazinin bir hissəsi mürəkkəb quruluşlu dağlıq relyefə malikdir) baş verən yanğınlar Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskl
Hadisə
18 İyun , 2021 02:19
Siyəzənin kəndlərində baş verən yanğınlar söndürülüb

Siyəzən rayonunun Məşrif, Sədan, Balaca Həmyə və Qalaaltı kəndlərinin yaxınlığında (ərazinin bir hissəsi mürəkkəb quruluşlu dağlıq relyefə malikdir) baş verən yanğınlar Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin müvafiq qüvvələri tərəfindən söndürülüb.

Bu barədə "Report" FHN-ə istinadən xəbər verir.

İlkin məlumata əsasən, Məşrif kəndində bələdiyyəyə məxsus ərazidə 20 ha biçilməmiş, 5 ha biçilmiş taxıl sahəsi və dağlıq ərazidə 45 ha sahədə kol-kos yanıb. Digər ərazilərdə ümumilikdə, təqribən 10 ha sahədə quru ot və kol-kos yanıb.

Yaxınlıqdakı meşə ərazisi, əkin sahələri və infrastrukturlar yanğından mühafizə olunub.

Son xəbərlər

Orphus sistemi