Siyəzəndə yük maşınları toqquşub, xəsarət alanlar var

Hadisə
  • 25 mart, 2022
  • 17:09
Siyəzəndə yük maşınları toqquşub, xəsarət alanlar var

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun 112-ci km-də, Siyəzənin Gilgilçay qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şabran sakini 1958-ci il təvəllüdlü Həsən Nuriyevin idarə etdiyi "Qazel" markalı yük avtomobili ilə Bakı sakini 1990-cı il təvəllüdlü Orxan Ağayevin idarə etdiyi "İsuzu" markalı yük avtomobili toqquşub.

Hadisə nəticəsində xəsarət alan hər iki sürücü Təcili Tibbi Yardımın köməyi ilə Siyəzən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qəzanın səbəbləri araşdırılır.