Siyəzəndə baş verən yol qəzasında gənc oğlanın boynu sındı

Siyəzəndə baş verən yol qəzasında gənc oğlanın boynu sındı Siyəzən rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
3 İyul , 2021 21:48
Siyəzəndə baş verən yol qəzasında gənc oğlanın boynu sındı

Siyəzən rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Siyəzən rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Fəridli Pərviz Fərid oğlu ağır xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona boyun fəqərəsinin sınığı diaqnozu qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi