Siyəzəndə yol qəzası baş verib, ölənlər və xəsarət alan var - YENİLƏNİB

Siyəzəndə yol qəzası baş verib, ölənlər və xəsarət alan var - YENİLƏNİB Siyəzən rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən və xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
17 Noyabr , 2019 23:36
Siyəzəndə yol qəzası baş verib, ölənlər və xəsarət alan var - YENİLƏNİB

Siyəzən rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən və xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, "KamAZ" markalı yük maşını ilə "VAZ-21010" markalı minik avtomobili toqquşub. Nəticədə 3 nəfər ağır xəsarətlər alıb. Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Xəsarət alanlardan 2-i (hər ikisi qadındır) xəstəxanada ölüb.

Digər yaralının vəziyyəti ağırdır.

Ölənlər:

Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü İsmayılova Cəmilə Hünər qızı,

Siyəzən rayon sakini, 1986-cı il təvəllüdlü Cəbrayılzadə Gülər Həsənağa qızı.

Faktla bağlı araşdırma aparılır.


*** 21:11

Bakı-Quba yolunda ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun Siyəzən rayonun Zarat kəndi ərazisindən keçən hissəsində baş verib. Hadisə zamanı ölən və xəsarət alanların olduğu bildirilir. Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.  

Son xəbərlər

Orphus sistemi