Siyəzəndə yol qəzası baş verib, bir ailənin üç üzvü xəsarət alıb

Siyəzəndə yol qəzası baş verib, bir ailənin üç üzvü xəsarət alıb Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
13 Oktyabr , 2016 14:59
Siyəzəndə yol qəzası baş verib, bir ailənin üç üzvü xəsarət alıb

Siyəzən. 13 oktyabr. REPORT.AZ/ Siyəzən rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Report”un Şimal bürosunun məlumatıəna görə, hadisə Bakı-Quba magistralının rayon ərazisindən keçən hissəində baş verib.

Belə ki, Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Mamed Sultan oğlu Kazımov idarə etdiyi “Nissan-Tida” markalı, 90-SD-656 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və maşın bir neçə dəfə çevrilərək aşıb.

Nəticədə avtomobildə olan sərnişinlər – sürücü M.Kazımov həyat yoldaşı, 1977-ci il təvəllüdlü Rəvayət Salman qızı kazımova və onun qızı Cəmilə Mamed qızı Kazımova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi