Siyəzəndə yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb

Siyəzəndə yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb Onlar Dağıstan Respublikasına işləməyə gedirmişlər
Hadisə
13 Oktyabr , 2016 00:59
Siyəzəndə yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Siyəzən rayonu ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.

"Report"un məlumatına görə, Bakı-Quba yolunun 97-ci kilometrliyində, Siyəzən rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı BMW markalı, 90HK044 dövlət nömrə nişanlı minik avtomobilinin sürücüsü, 1978-ci il təvəllüdlü, Rusiya Federasiyası vətəndaşı, Əzimov Habil Lətif oğlu hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər yüngül xəsarət alıblar. Sərnişin İbadov Sərvər Kamil oğluna Siyəzən RDM-də ilkin tibbi yardım göstərilib, ambulator müalicə üçün evə buraxılıb.

Onlar Dağıstan Respublikasına işləməyə gedirmişlər.

Faktla bağlı hüquq mühafizə orqanlarında araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi