Siyəzəndə yol kənarında kişi meyiti aşkarlandı

Siyəzəndə yol kənarında kişi meyiti aşkarlandı Siyəzəndə 44 yaşlı kişi meyiti aşkar edilib.
Hadisə
10 Aprel , 2020 10:04
Siyəzəndə yol kənarında kişi meyiti aşkarlandı

Siyəzəndə 44 yaşlı kişi meyiti aşkar edilib.

"Report"un xəbərinə görə, hadisə aprelin 9-da qeydə alınıb.

Belə ki, rayon sakini, 1976-cı il təvəllüdlü Cavidan Kərimovun meyiti Bakı-Quba-Rostov avtomobil yolunun Bakı şəhər istiqamətində, Siyəzən rayon ərazisindən keçən hissədə torpaq ərazidə aşkarlanıb.

Meyitin müayinəsi zamanı C.Kərimovun birbaşa ölümlə əlaqədar onun üzərində hər hansı bədən xəsarəti aşkar olunmayıb.

Məlumata görə, C.Kərimov aprelin 7-də axşam saatlarında qardaşının evinə gedərək orada qalıb. Aprelin 8-i səhər saat 7:50 radələrində siqaret almaq adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Siyəzən rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi