Yuxarı
    Bağlamaq

    Xızıda qəza nəticəsində yaralanmış şəxslərin 9-u Sumqayıt xəstəxanasına yerləşdirilib - SİYAHI - YENİLƏNİB-2

    Yaralılardan dördünün vəziyyəti ağırdır

    *** 13:26

    Bakı. 30 may. REPORT.AZ/ Xızı rayonundakı avtobus qəzası nəticəsində yaralanan və Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən şəxslərin 9-u Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

    Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın "Report"a verdiyi məlumata görə, həmin xəstəxanaya yerləşdirilən yaralıların sayı 15-ə çatıb.

    Qəza zamanı yaralanan şəxslərin dördü evə buraxılıb: "Yaralıların ikisi isə gecə saatlarında 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib, onların vəziyyəti ağır olaraq qalır".

    Xatırladaq ki, dünən Xızı rayonunun Altıağac qəsəbəsində Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin tələbə-müəllim heyətini daşıyan avtobus qəzaya uğrayıb. Qəza nəticəsində 3 nəfər ölüb, 21-i yaralanıb. Yaralılardan 15 nəfəri Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

    *** 12:20

    Siyəzən. 30 may.REPORT.AZ/ Avtobus qəzası nəticəsində yaralanan və Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən şəxslər Bakıya gətiriləcək.

    "Report"un şimal bürosunun müxbirinin verdiyi məlumata görə, xəstəxanaya yerləşdirilən yaralılardan ikisinin vəziyyəti ağırdır.

    Xatırladaq ki, qəzadan sonra mayın 29-da Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə 15 nəfər yerləşdirilib. Onlardan ikisi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının maşınları ilə Bakıya aparılıb və 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

    Xəstəxanaya yerləşdirilən yaralıların siyahısı:

    1950-ci il təvəllüdlü Abdullayev Qafar

    1951-ci il təvəllüdlü Mikayılov Çaylar

    1954-cü il təvəllüdlü Abdullayev Nizami

    1955-ci il təvəllüdlü Rzayev Rasim Səfa oğlu

    1963-ci il təvəllüdlü Feyzullayev İsmayıl

    1964-cü il təvəllüdlü Mollayeva İndirra

    1966-cı il təvəllüdlü Qurbanov Əsəd

    1973-cü il təvəllüdlü Rəhimova Ziba

    1975-ci il təvəllüdlü Fərhadova Leyla

    1975-ci il təvəllüdlü Rəhmanova Lalə Rəhman qızı

    2005-ci il təvəllüdlü Kazımlı Nigar İlham qızı (L.Rəhmanovanın qızı, şagird)

    1977-ci il təvəllüdlü Əliyeva Hədiyyə

    1979-cu il təvəllüdlü Əliyeva İradə

    1985-ci il təvəllüdlü Fərzəliyeva Fərqanə

    1987-ci il təvəllüdlü Ağabəyli Vüsalə.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi