Siyəzəndə qanunsuz ov edən şəxs saxlanılıb

Siyəzəndə qanunsuz ov edən şəxs saxlanılıb Zarat kəndi ərazisində qanunsuz ov edən Şərif Şərifzadə saxlanılıb
Hadisə
21 Fevral , 2021 10:44
Siyəzəndə qanunsuz ov edən şəxs saxlanılıb

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Zarat kəndi ərazisində qanunsuz ov edən Şərif Şərifzadə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətininin Quba rayonunda regional qrupundan “Report”a verilən məlumata görə, ondan bir ədəd “Ata arms” markalı ov tüfəngi və5 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı Siyəzən RPŞ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi