Siyəzən sakinini bıçaqlayan şəxsin cəzası azaldılıb

Siyəzən sakinini bıçaqlayan şəxsin cəzası azaldılıb Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Orxan Hasilovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Hadisə
11 May , 2019 11:16
Siyəzən sakinini bıçaqlayan şəxsin cəzası azaldılıb

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Orxan Hasilovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, O.Hasilovun apellyasiya şikayəti qismən təmin edilib.

Belə ki, onun 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 il 6 aya endirilib.

İttiham aktına əsasən, O.Hasilov Siyəzəndə eyni qəsəbədə yaşadığı İbadi Poladovu bıçaqlayıb. Buna səbəb İ.Poladovun O.Hasilovun dostunun anasının nömrəsini istəməsi, ona qarşı əxlaqsız hərəkət etmək niyyətində olması olub.

Belə ki, İ.Poladov qəsəbədə yaşayan Rüfət Hüseynovdan O.Hasilovun dostunun anasının nömrəsini istəyib. Bu zaman R.Hüseynovla İ.Poladov mübahisə edib. Mübahisə əlbəyaxa davaya çevrilib və İ.Poladov R.Hüseynovu döyüb. Bundan xəbər tutan O.Hasilov məsələni özü həll etməyi qərarlaşdırıb. R.Hüseynov İ.Poladova zəng edərək görüşə çağırıb. İ.Poladovla görüşə O.Hasilov sinif yoldaşları ilə gedib. O.Hasilov İ.Poladovdan etdiyi hərəkətin səbəbini soruşub. İ.Poladov isə ona hesab verməyəcəyini deyib və dava ediblər. O.Hasilov üzərində olan bıçaqla İ.Poladovun buduna 2 zərbə endirib.

Son xəbərlər

Orphus sistemi