Siyəzən. 8 fevral. REPORT.AZ/ Siyəzən rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Şimal bürosu xəbər verir ki, Siyəzən rayon sakini, 1982-ci il təvəllüdlü, Həsənov Tural Turab oğlunu Rayon Diaqnostika Mərkəzinə sürücünün özü çatdırıb.
Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Siyəzən rayon Polis şöbəsində araşdırmalar aparılır.