Siyəzəndə narkotik bitkilər yetişdirən şəxs saxlanılıb

Siyəzəndə narkotik bitkilər yetişdirən şəxs saxlanılıb Siyəzəndə narkotik bitkilər yetişdirən şəxs saxlanılıb
Hadisə
143
2 Avqust , 2021 12:29
Siyəzəndə narkotik bitkilər yetişdirən şəxs saxlanılıb

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlərlə əlaqədar keçirdikləri narkotik tərkibli bitkilərin aqrotexniki qaydada əkilib-becərilməsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Böyük Həmyə kənd sakini Ayaz Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan "Report"a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman onun əkib yetişdirdiyi çətənə bitkiləri aşkar olunaraq götürülüb.

Bundan başqa həmin ünvanda A.Məmmədovun əmisi oğlu N.Məmmədovun yaşadığı evin həyətyanı sahəsindən A.Məmmədov tərəfindən əkilib becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi