Siyəzəndə maşın dərəyə yuvarlanıb, 3 nəfər yaralanıb

Siyəzəndə maşın dərəyə yuvarlanıb, 3 nəfər yaralanıb Qəza yolun qarlı olması səbəbindən baş verib
Hadisə
15 Dekabr , 2016 00:38
Siyəzəndə maşın dərəyə yuvarlanıb, 3 nəfər yaralanıb

Siyəzən. 15 dekabr. REPORT.AZ/ Siyəzən - Dağ Quşçu (kənd - red.) yolunun 4-cü km-də 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Şimal bürosu xəbər verir ki, UAZ markalı avtomobil yolun qarlı olması səbəbindən kənara çıxaraq dərəyə yuvarlanıb.

Nəticədə sürücü ilə yanaşı 2 nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Yaralılardan ikisi - 1973-cü il təvəllüdlü Bakı şəhər sakini Nadir Məmmədsəfa oğlu Tahirov və 1974-cü il təvəllüdlü Siyəzən rayon sakini Qızılgül Əcaib qızı Heybətova yüngül xəsarət aldığından ambulator müalicədən sonra evə buraxılıb. Digər yaralı - 1977-ci il təvəllüdlü Siyəzən sakini Ceyhun Məmməd oğlu Heybətovun vəziyyəti ağırdır. Cərrahiyə şöbəsinə yerləşdirilən Ceyhun Heybətova döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Siyəzən rayon Polis şöbəsinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Hazırda UAZ-ın dərədən çıxarılması üçün tədbir görülür.

Son xəbərlər

Orphus sistemi