Siyəzəndə mağazadan 8 min manatlıq kosmetika məhsulları və pul oğurlanıb - FOTO
Hadisə
- 21 noyabr, 2016
- 13:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Siyəzən. 21 noyabr. REPORT.AZ/ Siyəzən rayonunda oğurluq hadisəsi baş verib.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə şəhərin H.Əliyev küçəsində yerləşən parfumeriya mağazasında qeydə alınıb.
Belə ki, soyğunçular İlkin Novruzova məxsus parfumeriya mağazasına daxil olaraq oradan 8 000 manatlıq kosmetika məhsulları və 270 manat pul oğurlayaraq qaçıblar. Zərərçəkən dərhal Siyəzən Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edib.
İ.Novruzovun müraciəti əsasında əməliyyat-axtarış tədbirlərinə başalayan Siyəzən RPŞ-nin əməkdaşları oğurluqda şübhəli bilinən rayon sakinləri - 23 yaşlı Aqşin Salayev və 22 yaşlı Ravin Səmədov tutulub.
Faktla bağlı Siyəzən RPŞ-də araşdırmalara başlanılıb.
Son xəbərlər
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.11.2026)
Maliyyə
09:01
Azərbaycanın qadın basketbol millisi bu gün İslandiya ilə üz-üzə gələcək
Komanda
08:47
Hikmət Hacıyev Aİ rəsmiləri ilə Avropa İttifaqı - Azərbaycan münasibətlərini müzakirə edib
Xarici siyasət
08:36
Xocavənd sakini: Biz qələbəyə layiqik, torpağımıza qayıtmaq haqqımızdır
Daxili siyasət
08:28
Monqolustan Prezidenti istefa verib
Digər ölkələr
08:22
Foto
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur
08:01
Mehriban Əliyeva sosial media hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
Daxili siyasət
07:48
BMT missiyasının ilk qrupu Qərbi Saxaranı tərk edib
Digər ölkələr
07:22
Keçmiş məcburi köçkün: Cəbrayıla qürur hissi ilə qayıdırıq
Daxili siyasət