Siyəzəndə "Jiquli" qəzaya uğrayıb, xəsarət alan var

Siyəzəndə "Jiquli" qəzaya uğrayıb, xəsarət alan var Siyəzəndə "Jiquli" markalı avtomobil yol kənarındakı maneəyə çırpılıb, xəsarət alan var.
Hadisə
1 Sentyabr , 2021 00:46
Siyəzəndə Jiquli qəzaya uğrayıb, xəsarət alan var

Siyəzəndə "Jiquli" markalı avtomobil yol kənarındakı maneəyə çırpılıb, xəsarət alan var.

"Report un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun Siyəzən rayonu Zarat kəndi ərazisində qeydə alınıb.

Belə ki, 05-BD-607 dövlət nömrə nişanlı minik avtomobili idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb, bir nəfər xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları və həkim briqadası gəlib.

Yaralıya ilkin tibbi yardım göstərilib, lakin o, xəstəxanaya gedərək, müalicə və müayinə olunmaq üçün getməkdən imtina edib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi