Siyəzəndə it qəzaya səbəb oldu, ölən var

Siyəzəndə it qəzaya səbəb oldu, ölən var Siyəzəndə 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
8 İyun , 2021 09:30
Siyəzəndə it qəzaya səbəb oldu, ölən var
0 : 00
0 : 00

Siyəzəndə 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Siyəzən-Beşdam yolunda qeydə alınıb.

Belə ki, Ramazanov Kamil Ağaqulu oğlu idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən qarşısına anidən it çıxıb. Bu zaman o, idarəetməni itirib və maşın aşıb. Nəticədə sərnişin, 1996-cı il təvəllüdlü Əhmədov Nicat Əhməd oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi