Siyəzəndə gənc qadın asılmış vəziyyətdə aşkarlanıb

Siyəzəndə gənc qadın asılmış vəziyyətdə aşkarlanıb Siyəzəndə yerli sakini yaşadığı evin həyətində asılmış vəziyyətdə aşkarlanıb.
Hadisə
1 İyun , 2021 23:30
Siyəzəndə gənc qadın asılmış vəziyyətdə aşkarlanıb

Siyəzəndə yerli sakini yaşadığı evin həyətində asılmış vəziyyətdə aşkarlanıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Böyük Həmyə kəndində qeydə alınıb.

Belə ki, 26 yaşlı Nuranə Şıxəli qızı Səfərova yaşadığı evin pilləkəninin alt hissəsində asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib və hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

N.Səfərovanın meyiti ekspertiza olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba Rayon Şöbəsinə təhvil verilib. Onun meyiti yelləncək üçün asılmış ipdən asılı vəziyyətdə yaxınları tərəfindən aşkarlanıb.

Qeyd edək ki, N.Səfərova ailəli idi, onun 1 azyaşlı qızı var.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi