Siyəzəndə evdən qızıl oğurlayan şəxsə hökm oxunub

Siyəzəndə evdən qızıl oğurlayan şəxsə hökm oxunub Vasif İmanlı 8 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
1 Avqust , 2017 10:31
Siyəzəndə evdən qızıl oğurlayan şəxsə hökm oxunub

Bakı. 1 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən 1995-ci il təvəllüdlü Vasif İmanlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərərinə görə, hakim Rasim Sadıxovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.İmanlı 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, V.İmanlı 8 fevral 2017-ci ildə Siyəzən rayonunda yerləşən evdən 13 min 500 manat dəyərində qızıl zinət əşyaları oğurlayıb. Həmin qızılları 2600 manata sataraq pulu xərcləyib.

Son xəbərlər

Orphus sistemi