Siyəzəndə bıçaqlanma hadisəsi baş verib

Siyəzəndə bıçaqlanma hadisəsi baş verib Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır
Hadisə
15 Yanvar , 2017 10:58
Siyəzəndə bıçaqlanma hadisəsi baş verib

Siyəzən. 15 yanvar. REPORT.AZ/ Siyəzən rayonu, Tofiq İsmayılov küçəsi, bina 14 ünvanında yaşayan, 1980-ci il təvəllüdlü Məmmədli Ramin Cəbrayıl oğlu bıçaqlanıb

"Report" xəbər verir ki, o, tanıdığı şəxs tərəfindən bıçaqlandığını bildirib.

Siyəzən Rayon Regional Diaqnostika Mərkəzində çatdırılan yaralıya döş qəfəsinin, qarının, sağ bazu oynağının, sağ dirsək oynağının kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Zərəçəkənin onu bıçaqlayan şəxs birlikdə yeyib-içdiyi, hadisənin də elə bu vaxt baş verdiyi ehtimal edilir.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi