Siyəzəndə avtomobillər toqquşub, ər və arvad  xəsarət alıb

Hadisə
  • 12 noyabr, 2022
  • 01:43
Siyəzəndə avtomobillər toqquşub, ər və arvad  xəsarət alıb

Siyəzəndə yol qəzası nəticəsində ər və arvad xəsarət alıb.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması zamanı 1990-cı il təvəllüdlü Sultanov Zaur Səlahəddin oğlu və həyat yoldaşı, 1985-ci il təvəllüdlü Sultanova Samirə Nurməmməd qızı xəsarət alıblar.

Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.