Siyəzəndə avtoqəzada ölən şəxsin kimliyi məlum olub, xəsarət alanlar var

Siyəzəndə avtoqəzada ölən şəxsin kimliyi məlum olub, xəsarət alanlar var Siyəzən rayonunda ağır avtomobil qəzası baş verib.
Hadisə
14 Avqust , 2022 17:40
Siyəzəndə avtoqəzada ölən şəxsin kimliyi məlum olub, xəsarət alanlar var

Siyəzəndə avtoqəzada ölən şəxsin kimliyi məlum olub.

"Report"un Şimal burosu xəbər verir ki, Bakı-Quba yolunun 98-ci km-də, rayonun Beşdam kəndində "Mercedes" markalı minik avtomobililə "Mercedes-Benz" markalı yük maşınının toqquşması nəticəsində həlak olan sürücünün Rüstəm Bəşir oğlu Qənbərov olduğu məlum olub. 

R.Qənbərovun cənazəsi adiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində eləcə də Bakı şəhər sakinləri - 1973-cü il təvəllüdlü Şamama Xasay qızı Qənbərova və oğlu 2001-ci il təvəllüdlü Elnur Rüstəm oğlu Qənbərov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.

12:42

Siyəzən rayonunda ağır avtomobil qəzası baş verib.

"Report"un Şimal burosu xəbər verir ki, hadisə Bakı-Quba yolunun 98-ci km-də, rayonun Beşdam kəndində baş verib.

Belə ki, "Mercedes" markalı minik avtomobili yük maşını ilə toqquşub. Qəza zamanı bir nəfər ölüb, hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Hadisə nəticəsində eləcə də Bakı şəhər sakinləri - 1973-cü il təvəllüdlü Şamama Xasay qızı Qənbərova və oğlu 2001-ci il təvəllüdlü Elnur Rüstəm oğlu Qənbərov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyilə Siyəzən Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi