"Pulsuzdur deyə burda çimirik, öləndə öləcəyik" - ŞIX ÇİMƏRLİYİNDƏN REPORTAJ

"Pulsuzdur deyə burda çimirik, öləndə öləcəyik" - ŞIX ÇİMƏRLİYİNDƏN REPORTAJ Azərbaycanda bir sıra çimərliklərin çirkli, istifadəyə yararsız olması rəsmən bəyan edilsə də, bir çoxları hələ də həmin çimərliklərə üz tutur.
Hadisə
20 İyun , 2019 15:50
Pulsuzdur deyə burda çimirik, öləndə öləcəyik - ŞIX ÇİMƏRLİYİNDƏN REPORTAJ
Report

Azərbaycanda bir sıra çimərliklərin çirkli, istifadəyə yararsız olması rəsmən bəyan edilsə də, bir çoxları hələ də həmin çimərliklərə üz tutur.

“Report” əməkdaşları onlardan biri - Şıx çimərliyindəki vəziyyətlə tanış olmaq üçün adıçəkilən əraziyə baş çəkib.

Ərazidə yetərincə insan gözə dəyirdi. Uşaqlı-böyüklü hər kəs halından məmnun görünürdü. Onlardan bir neçəsi bu ərazinin çimərlik kimi yararsızlığı barədə eşitmədiklərini, həmişə bu çimərliyə gəldiklərini bildirdi. Bəziləri isə dənizin bir olduğunu, bir hissəsinin yararlı, bir hissəsinin yararsız olmasını məntiqsiz adlandırdı:

“Pullu yerlərdə çimmək olar, amma pulsuz yerlərin suyu yaxşı deyil? Öləndə öləcəyik. Su eyni sudur. Hamının pulu yoxdur ki, girişinə 10-15 manat verib çimsin. Bura pulsuzdur deyə gəlib burda çimirik. Ərazidə heç bir qadağanedici nişan da yoxdur. Bəlkə, siz görmüsünüz, amma mən görmədim”.

Ərazi plastik qablar, sellofan torbalarla dolu idi. Nə bir zibilqabı, nə də zibilatma qaydasına əməl edən vardı. Zibillər də küləyin ümidinə qalmışdı...

Xatırladaq ki, çimərlik mövsümünün başlanması ilə əlaqədar olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə birgə çimərlik sahələrində monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparıb. Analizlərin nəticələrinə görə Türkan, Hövsan, Şıx, Sahil qəsəbəsinin və Sumqayıtın çimərliklərində zərərli maddələrin miqdarı normadan artıqdır. Bu səbəbdən vətəndaşların qeyd olunan çimərliklərdən istifadə etmələri məqsədəuyğun hesab edilmir. Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri isə analizlərin nəticələrinə görə çimərlik kimi istifadəyə yararlıdır.

Video: Elçin Murad

Son xəbərlər

Orphus sistemi