Şirvandakı qəzada ağır yanıq xəsarəti alan 2 qadının Bakıya gətirilməsinə qərar verilib

Şirvandakı qəzada ağır yanıq xəsarəti alan 2 qadının Bakıya gətirilməsinə qərar verilib Xəstəxanada müalicəsi davam edən xəstələrin hamısı qadındır və onlara yanıq diaqnozu qoyulub
Hadisə
6 İyul , 2015 16:08
Şirvandakı qəzada ağır yanıq xəsarəti alan 2 qadının Bakıya gətirilməsinə qərar verilib

Bakı. 6 iyul. REPORT.AZ/ "Şirvan Şəhər Mərkəzi Xəstəxanasında müalicəsi davam edən 6 nəfərdən ikisinin vəziyyəti ağırdır". Bunu "Report"a açıqlamasında xəstəxananın baş həkiminin müavini Əfsər Nəcəfov deyib.

Onun sözlərinə görə, həmin xəstələrdən birinin səhhəti daha ağırdır: "Yaxın saatlarda 2 nəfər Bakıya Respublika Yanıq Mərkəzinə göndəriləcək. Hazırda həmin xəstələr həkimin nəzarəti altındadır. Digərlərinin müalicəsi isə bizim xəstəxanada davam etdiriləcək".

Ə.Nəcəfov qeyd edib ki, xəstəxanada müalicəsi davam edən xəstələrin hamısı qadındır və onlara yanıq diaqnozu qoyulub.  

Son xəbərlər

Orphus sistemi