Şirvanda zəncirvari yol qəzasında xəsarət alan üç nəfərdən biri xəstəxanada ölüb

Şirvanda zəncirvari yol qəzasında xəsarət alan üç nəfərdən biri xəstəxanada ölüb Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
13 mart 2017 08:32
Şirvanda zəncirvari yol qəzasında xəsarət alan üç nəfərdən biri xəstəxanada ölüb

Bakı. 13 mart. REPORT.AZ/ Şirvan şəhərində zəncirvari yol qəzasında xəsarət alan üç nəfərdən biri xəstəxanada ölüb.

"Report" xəbər verir ki, hadisə martın 6-da şəhərin H.Əliyev prospektində baş verib. 

Belə ki, Şirvan şəhər sakinləri Zahid Eyvazovun idarə etdiyi "Hyundai", Rahid Sadıqovun idarə etdiyi "Mercedes" və Sabirabad rayon sakini Vidadi Cəfərovun idarə etdiyi "Mercedes" markalı 3 avtomobil toqquşub. Nəticədə iki nəfər - V.Cəfərov və Z.Eyvazov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib və martın 12-də Z.Eyvazov orada ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi