Şirvanda zavodda ölən şəxslər dəfn edilib

Şirvanda zavodda ölən şəxslər dəfn edilib Nazir dəfn mərasiminə qatılıb
Hadisə
27 İyul , 2016 13:24
Şirvanda zavodda ölən şəxslər dəfn edilib

Bakı. 27 iyul. REPORT.AZ/ Müdafiə sənayesi naziri Yavər Camalov Şirvan “Araz” zavodunda baş vermiş hadisə nəticəsində xəsarət alan, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına və Diaqnostika Mərkəzinə yerləşdirilən yaralıları ötən gün ziyarət edib və səhhətləri ilə maraqlanıb.

Müdafiə Sənayesi Nazirliyindən “Report”a verilən məlumata görə, nazir bu gün hadisə nəticəsində dünyasını dəyişən zavodun iki əməkdaşının dəfn mərasimində iştirak edib.

Yavər Camalovun tapşırığına əsasən zərərçəkənlərə və onların yaxınlarına qanunvericilikdə nəzərdə tutulan müavinətlərlə yanaşı, dəfn mərasiminin bütün xərcləri və digər zəruri xərclər müəssisə tərəfindən ödənilir.

Son xəbərlər

Orphus sistemi